4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“5:0 hesabı ilə qalib gələndə bir az sevinmək olardı”

İsveç millisinin baş məşqçisi Yanne Andersson Avro-2024-ün seçmə mərhələsində Azərbaycana qalib gəldikləri 2-ci tur oyunu (5:0) haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qələbəyə görə məmnunluğunu ifadə edib:

"Özümə və komandama təşəkkür edirəm. Əlbəttə ki, belə bir nəticədən sonra, tənqidi qəbul etməyib, özümü müdafiə edəcəyəm".

Çalışdırıcı oyundan sonra “Viaplay TV”də keçmiş futbolçu Boyan Corciçlə mübahisə etməsinə də toxunub. Boyan Azərbaycanla görüşdə komandasının 4-cü qolunu vuran Yesper Karlssonun niyə az oyun şansı aldığı barədə suallar verib. Bu da Anderssonu qəzəbləndirib. O, Corciçlə mübahisə edib. Mütəxəssis sakitləşdikdən sonra həmin mübahisə haqda deyib: "Orada 3 ekspert var və mən oyun haqda düşündüklərimi izah etməliyəm. Bu, çox çətin vəziyyətdir. Mən də hissləri olan adi bir insanam. 5:0 hesabı ilə qalib gələndə bir az sevinmək olardı. Qəzəbləndim, etiraf edirəm. Tənqidləri eşidirik, kar deyilik. Hamımız istəyirik ki, İsveç üçün işlər yaxşı getsin. Amma kənardan danışmaq çox asandır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31