4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

İsveç millisinin baş məşqçisi: "Avstriya - Azərbaycan görüşündə hesab oyuna görə olmadı"

İsveç millisinin baş məşqçisi Yanne Andersson Avro-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüş öncəsi təşkil olunan mətbuat konfransında yığmamızın futbolçularının yüksək texnikaya sahib olduğunu vurğulayıb: "Bu gün Avropa futbolunda zəif komanda yoxdur. Heç kimi zəif saymaq olmaz. Avstriya - Azərbaycan görüşündə hesab oyuna görə olmadı. İlk 20-25 dəqiqə ərzində Azərbaycan komandası çox maraqlı oyun göstərirdi. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra hiss olundu ki, futbolçular ruhdan düşdü və komanda uduzdu”.

Təcrübəli mütəxəssis millimizin heyətində Şeydayevi fərqləndirib: “Futbolçularınızı izləyirəm, tanıyıram. Ramil Şeydayev kimi oyunçu var. Mən belə futbolçuları bəyənirəm. Əsasən, azərbaycanlı futbolçuların yüksək texnikaya malik olmasını qeyd etmək istəyirəm. Bizə çox çətin olacaq. Amma çox yaxşı başa düşürük ki, ardıcıl ikinci oyunda xal itirməməliyik. Bu səbəbdən matça çox ciddi hazırlaşırıq. Qələbə uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, sabah "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31