28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

"Neftçi"nin müdafiəçisi 100-ə çatdı

“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 27-ci turuna təsadüf edib. O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.

Ömər Premyer Liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Qeyd edək ki, Buludovun çempionatda debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30