9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Sabah" - "Beşiktaş" oyunu apreldə də keçirilməyə bilər

"Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı xeyriyyə məqsədli yoldaşlıq matçı apreldə də baş tutmaya bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a açıqlamasında İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert bildirib.

O, Azərbaycanda oynamaq istədiklərini, lakin çempionat təqviminin buna mane olduğunu söyləyib: "Zəlzələ səbəbindən Superliqada üç qarşılaşmamız irəli həftələrə salınıb. Bu səbəbdən təqvimi doldura bilmirik. Bu matçlar da oynanılmalıdır. Hətta bəzi komandalar oyunlarını çərşənbə və bazar günləri keçirəcəklər. Əgər mümkün olsa, yoldaşlıq görüşü baş tutacaq. Amma gerçəkləşməsə, mövsümün sonunda olacaq. İdman direktorumuz Ceyhun Kazancı və baş məşqçimiz Şenol Güneş bu məsələlərlə məşğul olurlar".

Klub rəsmisi apreldəki təqvimlərinin bəlli olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, "Sabah"ın baş məşqçisi Murad Musayev görüşün aprelin sonlarında keçiriləcəyini söyləyib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31