4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

AFFA-nın təşkilatçılığı ilə Şabranda regional tədbir keçirilib

AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabranda Uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, bu qurumun baş katibi Asim Xudiyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov, Sumqayıt şəhər, Siyəzən, Şabran, Xızı, Quba və Qusar rayonlarını təmsil edən uşaq futbol məşqçiləri iştirak ediblər.

Tədbirdə Rauf Əliyev, Asim Xudiyev və digər şəxslər çıxış edərək şimal bölgəsində uşaq futbolunun inkişafı, bu sahədə mövcud olan çətinliklər və onların aradan qaldırılması yolları, həmçinin süni örtüklü meydançaların çatışmazlığı, mövcud meydançalarda örtüklərin dəyişdirilməsi, yarışların təşkilində maliyyə çətinlikləri barədə fikirlərini bildiriblər. Şimal Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyinə mövcud çətinliklərin həll edilməsi məqsədilə təkliflər irəli sürülüb. Tədbirin sonunda  uşaq futbol məşqçilərinə AFFA tərəfindən hədiyyələr təqdim edilib.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31