3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Beşiktaş" rəsmisi: "Azərbaycandakı oyunun tarixini Şenol Günəş müəyyənləşdirəcək"

"Sabah" komandası ilə yoldaşlıq oyununun tarixini baş məşqçimiz Şenol Günəş müəyyənləşdirəcək".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert deyib.

O, hazırda paytaxt təmsilçisi ilə danışıqlarının davam etdiyini bildirib: "Bu qarşılaşmanın milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə baş tutmasını planlaşdırırıq. Martın 18-də Türkiyə Super Liqasının XXVI turunda "İstanbulspor"la üz-üzə gələcəyik. Ondan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Bu müddətdə Almaniyada və Azərbaycanda yoldaşlıq görüşü keçirmək istəyirik. Amma matçların tarixləri bəlli deyil. Danışıqlar hələ də davam edir. Bunun səbəbi də bəllidir. Bizim səyahət edəcəyimiz məsafə önəmlidir. Məsələn, ilk oyun ya Almaniyada, ya da Azərbaycanda gerçəkləşəcək. Hazırda bunları danışırlar".

Erdal Cömert uzun müddətdir Azərbaycana gəlmək istədiklərini söyləyib: "Şenol Güneş martın 22-də və ya 23-də Almaniyada və ya sizin ölkənizdə qarşılaşmanın keçirilməsini istəyə bilər. Belə olacağı təqdirdə növbəti görüş ayın 27-si və ya 28-də baş tutmalıdır. Çünki 1, ya 2 apreldə "Fənərbağça" ilə üz-üzə gələcəyik. Baş məşqçi təqvimə görə qərar verəcək. Yoldaşlıq qarşılaşmalarının tarixləri "İstanbulspor"la görüşdən sonra dəqiqləşəcək. Çünki hələlik milli komandalara kimlərin gedəcəyi də tam bəlli deyil".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31