3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Sumqayıt"ın legioneri: "Liderlə oyun fərqli hisslər oyadır"

"Rəqibdən asılı olmayaraq, istənilən komanda ilə oyuna hər zaman ciddi, diqqətli və ən yaxşı şəkildə hazırlaşırıq. Amma çempionatın lideri ilə görüş fərqli hisslər oyadır".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın braziliyalı futbolçusu Dieqo Karioka Azərbaycan Premyer Liqasının XXVII turunda "Sumqayıt"a qarşı keçirəcəkləri oyun barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

25 yaşlı hücumameylli yarımmüdafiəçi Ağdam təmsilçisinin əla komanda olduğunu bildirib: "Rəqibə hörmət edirik. Lakin qarşıya qoyulan hədəfdən ayrılmamaq şərtilə öz oyunumuzu göstərməyə çalışacağıq. Bu matçdan müsbət nəticə ilə ayrılmalı olduğumuzu başa düşürük".

Zədədən sonra 2 oyun keçirdiyini xatırladan vinger özünü yaxşı hiss etdiyini söyləyib: "Getdikcə daha çox ritmdə olmaq üçün məşq edirəm. Mövsümün son hissəsində komandama kömək etmək üçün daim inkişaf etməyə çalışıram".

Qeyd edək ki, Dieqo Karioka bu ilin yanvarından "Sumqayıt"ın formasını geyinir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31