3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Avstriya - Azərbaycan oyununun keçiriləcəyi stadion yararsız hala düşüb

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığması ilə oynayacağı “Raiffeisen Arena” yararsız hala düşüb.

Futbolxeber.az saytının məlumatına görə, yanvarda istifadəyə verilən stadionda cəmi 3 oyun keçirilməsinə baxmayaraq, ot örtüyü artıq bərbad vəziyyətdədir.

Bu isə həm ev oyunlarını orada keçirən LASK klubunun, həm də Avstriya millisinin futbolçularının narazılığına səbəb olub. Yığmanın qapıçısı Aleksander Şlaqer ot örtüyündə yaşıllıqdan əsər-əlamət qalmadığını, yerin sürüşkən olduğunu bildirib.

Avstriya Futbol Assosiasiyası millinin rəsmi matçlarına qədər ot örtüyünün yaxşılaşdırılması üçün çalışmalara başlayıb.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, bundan üç gün sonra isə Estoniya millisi ilə “Raiffeisen Arena”da üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31