3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Belçika millisinin baş məşqçisi: "Qarabağ" "Gent"i keçə bilərdi"

"Belçikalı futbolçular Avropaya yayılıb. Burada insanların böyük futbol ehtirası var. DÇ-2022-dəki uğursuzluqdan sonra hər şeyə yenidən başlamaq mənim üçün çox cəlbedicidir". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avro-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko deyib.
 
İtaliyalı mütəxəssis "Kicker"ə müsahibəsində seçmə mərhələdəki rəqiblərini dəyərləndirərkən Belçika "Gent"inin Konfrans Liqasının pley-offunda "Qarabağ"la mübarizəsinə də toxunub: “Gent”in “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğu Azərbaycandakı oyun nələr ola biləcəyini göstərdi. “Qarabağ” mərhələ adlaya bilərdi. Seçmə mərhələnin oyunları da parkda gəzinti kimi olmayacaq. Avstriya noyabrda İtaliya qalib gəldi. İsveç də çox güclüdür. Ümumiyyətlə, asan rəqib yoxdur". 
 
37 yaşlı çalışdırıcı komandanın liderlərindən olan Kevin de Brüynedən də danışıb: "O, ən yaxşı oyunçularımızdandır. De Brüynenin komanda yoldaşları ilə söhbəti çox vacibdir. Yaxşı əhvalda olanda komandanı özünə çəkir və arxasınca aparır. Tam motivasiyalı və yaxşı formada olan bir De Brüyne istəyirik. O, komandanın sütunudur".
 
Qeyd edək ki, Belçika millisi Avro-2024-ün seçmə mərhələsində yığmamızla yanaşı, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Millimizin Belçika ilə ilk oyunu sentyabrın 9-da Bakıda olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31