3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Lunyov yayda “Qarabağ”a keçə bilər”

"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi Andrey Lunyovun agenti Anton Smirnov qapıçının yaya qədər "Bayer Leverkuzen"də qalacağını bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, "RB Sport"a açıqlamasında rusiyalı qolkiperin zədəsinə görə qışda klubunu dəyişə bilmədiyini deyib:

"Lunyov zədəli olduğuna görə aktiv danışıqlar dayandırıldı. Bütün variantlar yaya qaldı. İngiltərəni də nəzərdən keçirəcəyik. Əməkdaşlıq müqaviləsi bağladığımız BASE agentliyindən Böyük Britaniyada variantları gözləyirik. Türkiyə variantı da qalır. "Qarabağ”ı da istisna etmirəm. Biz bütün variantları nəzərdən keçirəcəyik",

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov zədə səbəbindən bu mövsüm Bundesliqada cəmi 1 oyuna çıxıb. 31 yaşlı qapıçı Rusiya millisində 7 oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31