3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Sabah" tarixində ilk dəfə “100”ü yarıladı

“Sabah” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley topu 22-ci turun “Qarabağ”la oyununa təsadüf edib - 1:1. Bu qolun müəllifi Bəxtiyar Həsənalızadə olub.

“Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır. 1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox - 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.

“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31