3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

İlqar Nadiri: “Uduzanda baş məşqçinin də, rəhbərliyin də istefaya səslənməsi normaldı”

“Nəticə olmayanda azarkeşlərin baş məşqçini də, klub rəhbərliyini də istefaya səsləməsi normaldı. Azarkeş hava şəraitindən asılı olmayaraq, istidə, şaxtada komandasını tək qoymursa, stadionda dəstəkləyirsə, qələbə tələb etmək onun haqqıdı. Ona görə də fanatların etirazını başa düşürəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Azərbaycan Premyer Liqasının XXII turunda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları oyunda azarkeşlərin baş məşqçi Tərlan Əhmədovu istefaya səsləməsinə münasibət bildirərkən deyib.

Klub rəhbəri narazılığa baxmayaraq, komandaya güvəndiyini bildirib: “Tərlan Əhmədov klubdakı işini davam etdirir. 1 oyuna görə bir söz demək olmaz. Baş məşqçi və futbolçuları “Kəpəz”ə dəvət etmişiksə, deməli, onlara inanırıq”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31