9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Diniyev: “Sabah” Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandadır”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXI turunda “Sabah”a 0:4 hesabı ilə uduzduqları matç haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında yenilgini belə şərh edib:

"Belə hesabdan sonra danışmaq çətindir. Psixoloji gərginliyi üzərimizdən ata bilmirdik. Rahat oynaya bilmirik. Futbolçular təzyiq altındadır. Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. "Sabah" hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biridir, bəlkə də, birincisi. Erkən qollar buraxdıq. Fasilədə futbolçularla danışdıq və dedim ki, oynamaq lazımdır. İkinci hissədə istədiyim futbolu görə bildim. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Belə oynaya bilsək, qarşıda oyunlarda yaxşı nəticə əldə edə bilərik.

- Rahid Əmirquliyevin qırmızı vərəqə aldığı epizodla bağlı fikirləriniz nədir?

- Rahid sakit futbolçudur. Ehtiyatsızlıqdan qırmızı vərəqə aldı. İki oyunçunun da mübarizəsi var idi. İstəmədən belə bir qayda pozuntusu etdi.

- "Qarabağ"ın xal itirməsindən sonra "Sabah"ın aqressiv oynayacağı bəlli idi. Bunun qarşısını almaq haqda düşünürdüz?

- İlk dəqiqələrdə sadə və müdafiədə etibarlı oynamaq istəyirdik. Rəqibin təzyiqinin qarşısını almağı düşünürdük. Erkən qollarda fərdi səhvlərimiz oldu. Özümüz özümüzə iki qol vurduq. Heyətdə 6 itki var. Bu zaman dəyişikliklər etmək də çətin olur. Bu vəziyyətdə geridönüş etmək çətindi. Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin.

- Premyer Liqada sonuncu yeri tutan elitanı tərk edəcək. Bu, komandanın üzərində təzyiq yaratmır?

- Oyunumuzdan çox şey asılıdır. Bu gün fasilədən sonra yaxşı oynadıq. Belə davam etsək, yaxşı nəticələr əldə edə bilərik.

- İtirilən xallardan sonra elitada qalmaq çətin olmayacaq?

- Komanda uzun müddət qələbə qazanmayıb. Bu gərginlik var. Zədəlilərimizin qayıtması komandanı daha güclü edəcək. Qısa zamandır birlikdəyik. Tez bir zamanda hər şeyi aşılamaq çətindir. Boşluqlarımız var, onları doldura bilmirik. Legioner gətirib, yalandan otuzdurmaq da düzgün deyil. Hücumda yaradıcılıq çatışmır. Qış transfer dönəmində yaxşı futbolçu gətirmək çətindir. Son günə qədər çalışacağıq. Bir mövqe var ki, məni çox narahat edir. Son günlərdir, həll etməyə çalışacağıq.

- David Qomisin çıxışından razısız?

- Hələ tam hazır deyil. Sürəti, driblinqi var. Bu cəhətlərindən razıyam. Onu transfer etməklə düzgün seçim etmişik. Ümidlərimizi doğruldur.

- Sanki futbolçularınız ölkə kubokuna daha çox diqqət ayırırlar...

- Bizim A planımız çempionatda qalmaqdır. Elitanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərz yanaşacağıq.

- Müdafiə xəttində gənclərə şans verməyi düşünürsüz?

- Məşqlərə görə heyət seçirəm. Üstün olan meydana çıxır. Hazırda əsas heyətdə olanlar deməli oynamağa layiqdirlər və start heyətdədirlər. Məşq prosesinə baxıb, qərar verirəm. Bu gün üç müdafiəçi ilə oyanamağı düşünürdüm, amma qorxduq. Anidən taktikanı dəyişmək istəmədim.

- Mahmud Qurbanovun vaxtında "Sabah"ın hər iki oyunda uduzması bu gün onlara əlavə motivasiya vermişdi?

- Bu gün rəqib daha ciddi yanaşdı. Əlavə motivasiya və aqressiya ilə oynadılar. Oyunda gördüklərim bunu deməyə əsas verir. Keçmiş keçmişdə qaldı. Hardan xal götürmək lazım olduğunu bilirəm.

- Komandanızın son sıralarda yer alması sırf nəticəyə oynamağınıza səbəb olur?

- Futbol iki hissəyə bölünür. Bizim ehtiyatımız çox zəif idi. Ötən oyun "Kəpəz" bizdən yaxşı oynadı, amma qələbə qazandıq. Sual versələr ki, gözəl oyun, ya nəticə? Nəticəni seçərdim.

Fərəc ASLANOV

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31