9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Elmar Baxşıyev: “Hər iki komanda qələbəyə layiq idi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda (2:2) danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında heç-heçəni belə şərh edib:

“Düşünürəm ki, maraqlı və intensiv oyun alındı. Hər iki komanda qələbəyə layiq idi. Təxmin edirdik ki, ağır oyun olacaq. Matça 2 gün qalmış Məqsəd İsayev və İsnik Aliminin səhhətlərində problemlər var idi. Komandama təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Layiqli xal qazandıq”.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Rövlan Muradov sanki meydana futbol oynamaq üçün çıxmamışdı, çox kobud oynayırdı...

- Kobudluq yox idi. Futbol mübarizəni sevir. Futbolçularım mübarizədən çəkinmirdilər.

- İsnik Alimi əvəzlənərkən sizinlə görüşmədi, birbaşa paltardəyişə otağına yollandı. Buna səbəb nə idi?

- Oyunçularım məndən küsə bilməzlər. Mən onların hörmətini saxlayıram, onlar da mənim. Səhhətində problem var idi deyə İsnik Alimiyə bildirdim ki, birbaşa paltardəyişmə otağına yollansın.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31