9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

"Bavariya" 1-ci, "Mançester Siti" 2-ci, "Qarabağ" isə 66-cıdır

"Opta" statistika platforması dünya klublarının reytinq cədvəlini hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 13500 klubun yer aldığı cədvəldə "Qarabağ" 66-cı klubudur. Ağdam təmsilçisinin 84,3 xalı var. "Braqa" (Portuqaliya) və "Flamenqo" (Braziliya) da eyni xala malikdir.

Azərbaycan Premyer Liqası təmsilçilərindən "Neftçi" (76,8) 256-cı, "Sabah" (76) 287-ci, "Zirə" (72,9) 540-cı, "Qəbələ" (71,3) 693-cü, "Turan Tovuz" (66,8) 1321-ci, "Şamaxı" (66,4) 1407-ci, "Sumqayıt" (65,5) 1575-ci, "Kəpəz" (64,6) 1759-cu, "Səbail" (63,9) isə 1896-cıdır.

Cədvələ "Bavariya" (100) liderlik edir. İngiltərənin "Mançester Siti" klubu (98,9) ikinci, "Liverpul" komandası isə (95,6) üçüncü pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31