9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Dieqo Karioka: “Sumqayıt” və Azərbaycan məni müsbət mənada təəccübləndirdi”

Qış fasiləsində “Sumqayıt”a qoşulan Dieqo Karioka yeni klubu ilə bağlı təəssüratlarını bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu ölkəsinin mətbuatına verdiyi açıqlamada həm “Sumqayıt” klubunun, həm də Azərbaycanın onu müsbət mənada təəccübləndirdiyini bildirib: “Sumqayıt”a uyğunlaşma dönəmim rahat keçdi. Rus dilini öncədən bilirdim. İngilis dilini bilməyim də uyğunlaşma prosesinə çox kömək oldu. Yaşadığım şəhər gözəl, insanlar sakitdirlər. Bura ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün klub mənə hər cür dəstəyi verdi”.

25 yaşlı futboçu Premyer Liqanın XX turunda “Turan Tovuz” üzərində qələbə qazandıqları (2:1) matçı da dəyərləndirib: “Daha sakit və rahat şəkildə yola davam edə bilməyimiz üçün startda qələbə qazanmaq həmişə yaxşıdır. Qısa müddət əvvəl bura gəldiyimi nəzərə alsaq, meydana çıxmaq və qalib gəlmək çox vacib idi. Çünki “Sumqayıt”ın heyətində iştirak etmək üçün səbirsizlənirdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31