Ölkə futbolu
Murad Musayev çempionluq barədə: “20 turdur eyni sualı eşidirəm”
“Çətin oyun alındı. Komandalardan heç biri uduzmaq istəmirdi. Ona görə də fərdi mübarizələrin sayı çox idi. Şadam ki, 90 dəqiqə ərzində komandamız dayanmadı. Son akimi mübarizə apardı və ikinci hissədə vurduğumuz qollarla vacib qələbə qazandı”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ”ni məğlub etdikləri oyundan (3:0) sonra deyib.
Rusiyalı mütəxəssis fasilədə iki dəyişiklik etməsinin səbəbini belə izah edib: “Fasilədə Elvin Camalovla Amin Seydiyevi əvəzlədik. Onların ikinci sarı vərəqə almaq təhlükəsi var idi. Yəni əvəzetmələr oyunları ilə bağlı deyil”.
Musayev zədədən qayıdan Namiq Ələsgərov və Zurab Oçiqava haqda da danışıb: “Zurab yarım il meydandan kənarda qaldı. Antalyadakı hazırlıq oyunlarında da forma geymədi. Komanda ilə birgə məşq edir. Zamanla ona da şans verəcəyik. Çünki Zurab bizim üçün vacib futbolçudur. Düşünürəm ki, tezliklə 100 faiz hazır olacaq. Amma komandamızda mərkəz müdafiəçisi mövqeyində rəqabətijn güclü olduğunu da unutmamalıyıq. Namik Ələsgərov da dekabrda əməliyyat olunmuşdu. Antalyadakı yoldaşlıq görüşlərdində o da meydana çıxmadı. Baxmayaraq ki, Zurabla müqayisədə Namikin zədəsi ciddi deyildi. Son günlər addım-addım formasını bərpa edir”.
“Sabah”ın çalışdırıcısı turnir cədvəlində üçüncü pillədə olan “Neftçi”dən uzaqlaşmaları və əsas rəqiblərinin “Qarabağ”olması barədə sualı belə cavablandırıb: “20 turdur eyni sualı eşidirəm, eyni cür də cavab verirəm - başa düşürəm, jurnalistlər çempionatda intriqa olmasında maraqlıdırlar. Lakin unutmayaq ki, “Sabah” yeni, “Qarabağ” isə çox təcrübəli komandadır. Əla transferlər edirlər, əla oyun göstərirlər. Üstəlik, bizdən 7 xal da irəlidədirlər. Biz hər oyundan oyuna daha yaxşı çıxış etməyə çalışırıq. “Neftçi” də yaxşı transferlər edib. Əminəm ki, onların da çıxışı yaxşılaşacaq”.
Murad Musayev məqsədlərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib: “Bizim məqsədimiz mövsümün sonunda avrokuboklara vəsiqə əldə etməkdir. Bəli, yekunda hazırkı mövqedə olmağımızı istərdik. Lakin qarşıda hələ 16 tur var. Ona görə də arxayınlaşmaq olmaz”.
“İctimaiyyətin “Sabah”ı çempionluq uğrunda mübarizədə “Qarabağ”a rəqib görməsinin nəyi pisdir ki” sualını mütəxəssis belə cavablandırıb: “Mənim üçün bu sözləri eşitmək xoşdur. Bunda pis nəsə yoxdur. Lakin siz hər oyundan sonra mənə eyni sualı verirsiz. Mən hər oyunda qələbə qazanmaq, avrokuboklara vəsiqə qazanmaq, “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Bunu danmıram. Ancaq reallıq var. İndiki məqamda biz daha yaxşı işləməliyik. Futbolda hər şey tez dəyişir. “Qarabağ”la mübarizə aparmaq üçün üzərimizə düşən hər şeyi edəcəyik. Amma yalandan söz verməyim düz deyil”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb