9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Oyunumla "Neftçi"dəki hücumçularla bağlı narazılığa son qoymağa çalışacağam"

"Hər futbolçunun özünə uyğun xarakteristikası var. Öz oyunumla burada hücumçularla bağlı narazılığa son qoymağa çalışacağam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Mateus Saldanya klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Braziliyalı hücumçu "ağ-qaralar"a keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Komanda yoldaşlarım və infrastrukturla tanış oldum. Bu, məni çox sevindirdi. Ümid edirəm ki, debütüm uğurlu alınacaq".

Kollektivdə ab-hava olduğunu söyləyən 24 yaşlı forvard yavaş-yavaş komandaya uyğunlaşdığını vurğulayıb: "Bəzi yoldaşlarımı daha yaxşı tanımağa başlayıram. Şəhəri gəzməyə vaxtım olmayıb. Amma foto və videolardan gördüklərimə əsasən deyə bilərəm ki, Bakı çox möhtəşəm şəhərdir".

"Sambaçı" "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XX tur matçında öz oyunu ilə azarkeşlərə ümid verməyə çalışacağını əlavə edib: "Adımı "Neftçi"nin tarixinə yazdırmaq üçün əlimdən gələni edəcəyəm. Əsas məqsədimiz yuxarı pillələrdə qərarlaşmaq və yayda avrokuboklarda uğurlu çıxış etməkdir".

Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31