9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var”

“Qarabağ”a qarşı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir. “Qarabağ”ın topla daha çox oynayacağı gözlənilən idi. Ani diqqətsizlik qolla nəticələndi. Futbolçular əzmkarlıq göstərdi. Gələcəyə ümidlə baxa bilərik ki, daha yaxşı oynamağımız mümkündür”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XX turun “Qarabağ” - “Şamaxı” (3:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli deyib. 

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız son dəqiqələrdə qol vurdu...

- Sevindiricidir ki, son dəqiqələrdə fərqlənə bildik. Deməli, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var. Oyunçulardan razı qaldıq. Fərdi səhvlər oldu. Layiqli mübarizə apardıq.

- Turnir cədvəli iki qütbə bölünüb. Özünüzü mövsümün sonunda ikinci “5-liy”in harasında görürsüz?

- Bacardığımız qədər hər oyunda xal toplayıb aşağıdakı rəqiblərdən uzaqlaşmaq istəyirik. Hələ neçənci olacağımızı deyə bilmərik. Hədəfimiz Premyer Liqanı tərk etməməkdir.

- Legionersiz “Şamaxı”nın belə çıxışınmı gözləyirdiz?

- Planlaşdırdığımızdan daha yaxşı yerdəyik. Çox tez inkişaf etmişik. İrəli baxıb daha çox inkişaf edə bilərik. Üzərimizdə təzyiq yoxdur.

- Klubun İdarə Heyətindən Orxan Fikrətoğlu komanda ilə maraqlanır?

- (Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov): Bəzən oyunlarımıza gəlir. İdarə Heyəti daim komanda ilə maraqlanır.

Fərəc ASLANOV 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31