9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Emreli “Legiya”nın son 10 ildəki bombardirləri siyahısında

Azərbaycanlı futbolçu Mahir Emrelinin keçmiş klubu “Legiya”nın (Polşa) son 10 ildəki bombardirlərinin siyahısı açıqlanıb.

Futbolxeber.az saytının Polşa KİV-inə istinadən verdiyi məlumata görə, bombardirlərin arasında hazırda “Dinamo”da (Zaqreb, Xorvatiya) oynayan Mahir də var. O, Polşa klubunun heyətində 33 oyuna çıxıb və 11 dəfə fərqlənib. 26 yaşlı futbolçunun qol ortalaması 0,33-ə bərabər olub. Mahir belə göstərici ilə 10-cu pillədə qərarlaşıb.

"Legiya"nın son 10 ildəki bombardirləri:

1. Nemanya Nikoliç - 0,64 (55 qol / 86 oyun)

2. Yaroslav Niezqoda - 0,48 (29 qol / 60 oyun)

3. Tomaş Pexart - 0,43 (39 qol / 90 oyun)

4. Marek Saqanovski - 0, 41 (58 qol / 135 oyun)

5. Vladimir Dvalişvili - 0,40 (21 qol / 53 oyun)

6. Daniel Lyuboya - 0,38 (30 qol / 78 oyun)

7. Orlando Sa - 0,36 (15 qol / 42 oyun)

8. Karlitos - 0, 36 (24 qol / 66 oyun)

9. Aleksandar Priyoviç - 0,33 (24 qol / 72 oyun)

10. Mahir Emreli - 0,33 (11 qol / 33 oyun)

Qeyd edək ki, Mahir 2021-ci ilin iyulundan 2022-ci ilin fevral ayınadək "Legiya"da oynayıb. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31