9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ovusu: "Ferentsvaroş"a Çempionlar Liqasında oynamaq üçün gəldim"

"Qarabağ"dan "Ferentsvaroş"a transfer olunan Ovusu Kvabena Macarıstan təmsilçisinə keçidindən danışıb.

Futbolxeber.az saytının ghanasoccernet.com-a istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu Budapeşt təmsilçisi ilə Çempionlar Liqasında oynamaq istədiyini deyib: 

"Ferentsvaroş" əla komandadır. O vaxt “Ferentsavoş”la üz-üzə gələndə komanda yoldaşlarıma dedim ki, uşaqlar, bu rəqib bizə çətin anlar yaşadacaq, oyuna hərtərəfli yaxşı hazırlaşmalıyıq. Onlar da Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər. Bu səbəbdən tam gücümüzlə mübarizə aparmalıydıq. Bu komandaya yenidən Çempionlar Liqasında oynamaq üçün gəldim. İstərdim ki, bütün bacarığımla komandaya kömək edim. İstəyimizə nail olmaq üçün birlikdə çalışmalıyıq. Mən bu gözəl komanda ilə oyuna çıxmağı səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Ovusu ötən gün "Ferentsvaroş"la müqavilə imzalayıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31