9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ayxan Abbasov: "İki səhv bizə baha başa gəldi"

"Maraqlı və sürətli oyun oldu. Azarkeşlər futbolun gözəlliyinə rəng qatdılar. Oyun baxımından futbolçularımdan razı qaldım". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

O, komandasının yenilgisinin səbəbini belə izah edib: "İki səhv bizə baha başa gəldi. Qol imkanlarımızdan yararlana bilmədik. Çox işləməliyik. Futbolçularımızda irəliləyiş hiss olunur". 

- İkinci hissənin ortalarında müdafiədə sanki durğunluq yaranmışdı. Bu, nə ilə bağlı idi? 

- Belə bir şey yadıma gəlmir. Rəqibin sürətli hücumunda bəzən arxaya qayıtmaq çətin olur. Bütün komanda ilə irəli atılmışdıq. Sona qədər mübarizə apardıq. Rəqibin əks-hücumları gözlənilirdi. 

- İkinci dövrədə "Sumqayıt"a qalib gəlmişdiz. Bu gün sizə qarşı xüsusi motivasiya ilə çıxdıqlarını düşünmürsüz?

- Xeyr. Onların da xala ehtiyacı var. Hər oyun motivasiyadır. İki komanda da yaxşı mübarizə apardı. 

- Rəqibləriniz xal baxımından sizə çatır. Gərginlik yoxdur?

- Son 5 pillədəki komandaların gücləri bərabərdir. Belə oyunlarda məğlub olmaq olmaz. İşimiz daha da çətinləşdi. 

- Son saniyədə qaçan qol imkanı zamanı hansı hissləri keçirdiniz?

- Futbolçuları ruhdan düşmədi. Yaxşı imkanlarımız oldu. Belə vəziyyətlərdə soyuqqanlı olmalıyıq. 

- Hesabdan başqa sizi narazı salan məqam nə oldu? 

- İki oyundur sadə səhvlər edirik və bu, məğlubiyyətə səbəb olur. "Qarabağ"la oyunda da ani top itkisindən sonra qol buraxdıq. 

- AFFA bu gün klubu 5600 manat cərimələdi. Buna münasibətiniz necədir? 

- Bizim kimi az büdcəli klublara belə şeylər çox təsir edir. Çətin vəziyyətə salır. Gərək azarkeşlərimiz də daha diqqətli olsunlar.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31