28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Qarabağ”dan son 18 ilin rekordu

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub. 

Futbolxeber.az saytının məlumatına görə, yubiley XIX turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib. 

Qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley topunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.

Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/99 mövsümünün müvafiq hissəsində 66 qola imza atıb (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30