28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Rəşad Sadıqovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Zirə”- “Sumqayıt” matçından sonra ev sahibinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib. 

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə şərh edib: “İlk oyun idi. Hər iki komandanın oyunçuları üçün fasilədən sonra başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik. Gözlənilməz qol buraxdıq. Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmə və ideal qol oldu. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmədik. Böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik".

- Fərqli hissələr izlədik. Antalya toplanışında komanda tam komplektləşib?

- Toplanışdan əvvəl də, oyunlarda müəyyən problemlər olurdu. İçimizdə bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik. 

- Nemanya Andelkoviçilə nəyə görə yollarınızı ayırdız?

- Futbolçu vaxtında da belə olmuşam. Özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Andelkoviçlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Tərəfdarıyam ki, məşqçi ilə futbolçu arasında anlaşılmazlıq varsa, düzəlmirsə, yollar ayrılmalıdır. Detallara getmək istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Bu tip qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımızı ayıracaq.

- Ahmed Ayzaya “Kəpəz”də yaxşı oynayır. Onu buraxmağınıza peşman deyilsiz?

- Bir çox futbolçular var ki, özünü yaxşı tərəfdən göstərib. Bizə də təklif edilib. Futbolun içində olan şeylərdir. Onu çox bəyənirdim. Müəyyən şeylər var idi ki... ”Qarabağ”da, Qurban Qurbanovdan müəyyən şeylər var ki, uğur qazanmaq üçün vacibdir. Bu, gözə görünmür. Stabil və uğur qazanmaqdan ötrü müəyyən detallar olmalıdır. Olmazsa, qazanacağın uğur müvəqqəti olmayacaq. Mən isə müvəqqəti iş görmək istəmirəm. Böyük, yaxşı komanda formalaşdırmaq istəyirik. 

- Fasilə dönəmində istədiyinizi edə bildiz?

- Çox səmərəli oldu toplanışımız. Əvvəlki illərlə müqayisədə daha çox razı qaldım. Keyfiyyəli oyunçular təklif edildi. Müəyyənləri ilə müqavilə imzalaya bilmədik. Yolda olan var. Digər tərəfdən komanda üçün səmərəli toplanış alındı. Futbolçular məsuliyyətli idi. Ümid edirəm ki, ikinci dövrədə faydasını görəcəyik.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30