28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

“Qəbələ” "Teplitse"yə məğlub oldu

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxıb. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olub. Görüş çexlərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qolunu Raman Maçado vurub.

Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30