2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Bu cür məğlubiyyəti gözləmirdik"

“İlin son oyununu yaxşı notlarla bitirmək istəyirdik. Əfsuslar olsun ki, belə alındı. Açığı, bu cür məğlubiyyəti gözləmirdik. Təhlükə var idi. Yadınızdadırsa, ötən dəfə demişdim ki, “Sabah” əvvəlki rəqiblərdən fərqlidir. “Kəpəz” və “Səbail” bəlkə də gücümüzə görə komandalar idi. Turnir cədvəlində də yan-yanayıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-cı turunda evdə "Sabah"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Əvvəlki oyunlarda buraxdığımız səhvləri bu dəfə "Sabah" bağışlamadı. Bu mənada proqnozlaşdırdığımız başımıza gəldi. Uduzmağımızın səbəbləri ayrı-ayrılıqda qlobaldır. Biz qərarlarda, tez fikirləşməkdə rəqibə uduzduq. Təzyiqi, pressinqi atlaya bilirdik. Amma lazımı anlarda qərar verə bilmirdik. Bu, komandanın ümumi bəlasıdır. Bu, sırf futbolçuya məxsus keyfiyyətlərdir ki, onu düzəltmək çox çətindir" - deyə o bildirib.

Mütəxəssis söyləyib ki, udduqları matçları dördlü müdafiə ilə oynayıblar:"Bunu dəyişmək istəmədik. Öz çempionatımızdan danışanda, nə qədər yaxşı olduğunu deyirik. Amma biz gördüyümüz vizualdır. Oyunun içindən üzə çıxan nəticə budur - 0:6. Oyunçuların verdiyi qərarları görə bilmirik. Bu yöndə çempionatımızda axsamalar var. Bizim komandanın hücumda və müdafiədə buraxdığı səhvlər bəsitdir. Demək ki, həmin epizodda doğru olan qərarı verə bilməmisən. Altı qol buraxdıq deyə, səhvlər üzə çıxdı, yox. Bu, hər oyunda var. Mən öz komandamdan danışım. Amma bu, tək mənim komandamda deyil vallah. Bizdən üst pillələrdə qərarlaşan komandaların futbolçularının düşdüyü vəziyyətdə verdiyi qərarlar, səhvlər... Avropadakı ortabab çempionatlardan da bəlkə aşağı səviyyədir. Bu baxımdan çox axsayırıq. Digər komandaları analiz edə bilmərəm, o ixtiyarda deyiləm. Amma oyunlara baxırıq, rəqibi analiz edirik". 

O, yeni transferləri  Terrens Tisdell haqda da danışıb: "Məşqlərdə göstərdiyi performans bizi qane edir. Yaxşıdır. Oyunlar tamam başqadır. Meydana çıxıb fikir də dəyişdirə bilər. Məndə yox, sizdə dəyişilə bilər ki, deyərsiz "budumu gətirdikləri?" Məsəl üçün deyirəm. Pis futbolçu deyil. Məşqlərini intensiv olaraq edir. Futbolçuları istirahətə buraxırıq, amma Tissdel burada qalacaq, hazırlaşacaq ki, daha da yaxşı formaya düşsün".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31