2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qəbələ" və "Səbail" yarımfinalda

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. 

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

"Qəbələ" evdə "Qarabağ"ı qəbul edib. Səfərdən heç-heçə ilə qayıdan Elmar Baxşıyevin komandası 1:0 hesablı qələbə qazanmaqla yarımfinala adlayıb.

Günün digər matçında isə "Sabah" "Səbail"lə doğma meydanda üz-üzə gəlib. İlk qarşılaşmada 3:2 hesablı qələbə qazanan Mahmud Qurbanovun komandası bu dəfə də rəqibini üstələməklə tarixində ılk dəfə ölkə kubokunun yarımfinalına yüksəlib. 

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19 dekabr

"Sabah" - "Səbail" - 0:1

Qol: Qoba Zakpa, 73

İlk oyun - 2:3

Hakimlər: Elçin Məsiyev, Zeynal Zeynalov, Pərvin Talıbov, Rəşad Əhmədov

"Bank Respublika Arena"

"Qəbələ" - "Qarabağ" - 1:0

QolRamon Maçado, 71

İlk oyun - 2:2

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli

Qəbələ şəhər stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31