9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Polşalı məşqçilər təcrübə üçün "Qarabağ"ın düşərgəsində

Polşanın 3-cü liqasında çıxış edən "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svierad "Qarabağ"da təcrübə keçmək üçün Bakıya gəliblər.

Futbolxeber.az saytının məlumatına görə, onlar Azərbaycan Premyer Liqasında dünən "Zirə"yə qarşı keçirilən matçı (0:0) stadiondan izləyiblər.

Polşalı mütəxəssisləri Ağdam təmsilçisinin nəticələri və Qurban Qurbanovun komandanı uzun müddətdir çalışdırması cəlb edib.

Marzec 2019/2020 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Bizim praktik olaraq hər şeyə çıxışımız var. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Maraqlıdır ki, komandanın məşq etdiyi baza heç də böyük deyil. Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər.  Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31