9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rəşad Sadıqov: “Futbolçularımın əzmkarlığı məni çox sevindirdi”

“Bizim üçün çətin oyun keçdi. "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır. Amma futbolçular əzmkarlıq göstərib, yaxşı mübarizə apardılar. Məğlub da ola bilərdik. Futbolçularımın əzmkarlığı məni çox sevindirdi. Sona qədər mübarizə apardılar. Bizim üçün çox vacib olan bir xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan bir xal, çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

O, "Qəbələ"yə qarşı oyundan bu yana komandada istər əzmkarlıq, istər keyfiyyət baxımından inkişaf göründüyünü vurğulayıb: "Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Çünki mənim üçün ilk növbədə gələn komandanın əzmkar və döyüşkən olmasıdır. Daha sonra digər keyfiyyətlər gəlir. Bu gün komanda çox əzmkar idi. Bunu daha da inkişaf etdirməliyik. Amma çempionat çox gərgin mübarizə şəraitində gedir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdır. Hələ ki, gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də, qazanılan hər bir xal çox dəyərlidir. Xüsusilə də, "Qarabağ" kimi komanda ilə oyunda".

R.Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini söyləyib: "Amma özünüz də bilirsiniz ki, qışda transfer etmək həmişə çətindir. Görək, necə olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31