3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Kəpəz"in hücumçusu: "Hava soyuq olsa da, hədəfimiz qələbədir"

"Kəpəz"in hücumçusu Mixeili Erqemlidze “Şamaxı” ilə oyun öncəsi klubun feysbuk səhifəsinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, gürcüstanlı forvard səfər matçında qələbə qazanmaq istədiklərini bildirib:

“Çətin oyun olacaq. Bizim üçün əsas olan qələbə qazanmaq və yolumuza inamla davam etməkdir. Belə olacağına ümid edirəm. Yaxşı hazırlaşmışıq. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bundan öncə kubokda mərhələ adlamaqla azarkeşlərimizi sevindirmişik. Bunun ardını gətirmək istəyirik. Komandamızda kimin qol vurmasının əhəmiyyəti yoxdur. Vacib qələbə qazanmağımızdır. Bilmirəm, səfər oyununda oynamaq şansı əldə edəcəm, ya yox. Buna baş məşqçi qərar verir, bizim işimiz isə tapşırıqları yerinə yetirməkdir. Meydana çıxmaq imkanım olsa, komandanın uğuru üçün əlimdən nə gəlirsə, edəcəm. Hava soyuq olacaq deyirlər. Fərq etməz, hədəfimiz qalib gəlməkdir”.

Qeyd edək ki, bu gün keçiriləcək "Şamaxı" - "Kəpəz" matçı saat 14:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31