2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Tərlan Əhmədov: “Birinci hissədə biz üstün oynadıq, fasilədən sonra isə rəqib”

"Bu mərhələdə bir oyundan ibarət olan kubok mübarizəsi həmişə çətin olur. Hər iki komandanın şansları bərabər olur. İki fərqli hissə izlədik. Birinci hissədə biz üstün oynadıq, fasilədən sonra isə rəqib. Bu, açıq-aşkar görünürdü".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.

O, Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a qalib gələrək (1:0) 1/4 finala adlamaları barədə fikirlərini bölüşüb:

"İlk yarıda yaratdığımız qol epizodlarından lazımınca istifadə edə bilsəydik, bəlkə də ikinci hissədə bizim üçün daha asan ola bilərdi. Kubokun psixoloji oyun forması var. Bu gün qalib gəldiyimiz üçün çox sevincliyik. "Kəpəz"azarkeşlərini sevindirdiyimizə görə xoşbəxtik. Mərhələ keçdiyimiz üçün futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də sağ olsunlar, bu ağır dönəmdə bizə dəstək olurlar. Komandamızın sona qədər mübarizə aparması, hesabı qoruması, düzgün oyun quruluşu məni sevindirdi".

Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Turan Tovuz"la qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31