3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elmar Baxşıyev: "Oyundan əvvəl heç kim təslim olmur"

“Neçə tur idi ki, komanda hücumda olurdu, amma şansları dəyərləndirə bilmirdi. Lakin bu oyunda hücumda fərqli idik. Daha çox hücumda fikirləşdiklərimizi meydanda göstərməyə çalışırdıq. İnamlı qələbə qazandıq. Komandamı təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 finalına "Araz Naxçıvan"a 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Kubokdakı növbəti rəqibimiz “Qarabağ”dır. Komanda olaraq hazırlaşacaq və layiqli müqavimət göstərməyə çalışacağıq. Heyətimizdə az oynayan futbolçulara da şans verdik. Bilirdik ki, bir az çətin olacaq. Komanda düzgün reaksiya verdi və daha yaxşı oynadı. Heç bir oyundan əvvəl uduzmağı düşünmürük. “Qarabağ”ın gücü bəllidir. Futbolda oyundan əvvəl heç kim təslim olmur. Həmin qarşılaşmalara motivasiya olacaq və uğurlu nəticə üçün maksimum etməyə çalışacağıq. Komanda tur adlamaq üçün əlindən gələn hər şeyi edəcək” - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31