3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Həm hücum, həm müdafiədə yaxşı oynadıq"

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Çempionat oyununda onları 3:1 məğlub etmişdik. "Turan Tovuz"un bizimlə oyuna ciddi hazırlaşacağını ehtimal edirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O,  komandasının hər iki hissədəki oyununu yaxşı dəyərləndirdiyini vurğulayıb: "Çoxsaylı qol imkanları yaratdıq, təəssüf ki, onları qola çevirə bilmədik. Həm hücum, həm müdafiədə yaxşı oynadıq. Futbolda "vurmayana, vurarlar" prinsipi işə düşdü, nəticədə uduzduq. Ancaq biz önümüzə baxırıq. Artıq növbəti oyunu düşünəcəyik. "Turan Tovuz"a gələcəkdə uğurlar arzulayıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31