2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

“Kəpəz”in iranlı futbolçusu: “Uels və ABŞ-a qalib gəlmək olar”

“Kəpəz”in müdafiəçisi Peyman Keşavarzi komandasının feysbuk səhifəsinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, iranlı müdafiəçi Qətərdə keçirilən Dünya Çempionatında iştirak edən ölkəsinin millisinin şansları barədə danışıb.

Leşevarzi ilk öncə diqqəti ölkəsində baş verənlərə yönəldib: “Əvvəla onu deyim ki, bu gün İranda yaşananlarla bağlı həm mən, həm də həmyerlilərimiz narahatdı. Açığı, indi dünya çempionatına bir o qədər də maraq yoxdu. Çünki hamı son olaylara görə çox məyusdur. Ümid edirəm ki, tezliklə hər şey düzələr, insanlar yenidən xoşbəxt və istədikləri kimi həyatlarını yaşamağa davam edərlər. Millidə çıxış edən futbolçuların bəziləri xalqa dəstək oldu, amma bəziləri olmadı. Buna görə çox üzgünəm. Çünki xalq onlar udanda da, uduzanda da komandanın arxasında durub, dəstək verib.

Qaldı ki, yığmanın çıxışı ilə bağlı gözləntilərə, elə fikirləşirəm qrupdan çıxmaq olar. Bunun üçün əla imkan da var. İngiltərəni çıxsaq, Uels və ABŞ-a qalib gəlmək olar. Əgər futbolçular qrupdan çıxa bilsələr, bunu bacarsalar, ölkənin bugünkü vəziyyətində insanlara çox böyük sevinc bəxş edərlər. Milli üzvləri də bunu düşünüb qazanacaqları qələbələrin ölkə üçün nə qədər vacib olduğunun fərqində olsalar, dediyim kimi qrupdan çıxmaq mümkün olacaq. Şans var, rəqiblər eyni gücə malikdirlər. İngiltərədən başqa açıq favorit yoxdu. İran komandasına uğurlar arzu edirəm, inşallah, yaxşı nəticələr qazanıb azarkeşləri sevindirər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31