3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Milevski: "Azərbaycana məğlubiyyət bizim üçün yaxşı bir şillə oldu"

Şimali Makedoniya yığmasının baş məşqçisi Bloqaya Milevski Azərbaycan millisinə dünən keçirilən yoxlama matçındakı məğlubiyyəti (1:3) şərh edib.

Futbolxeber.z saytının məlumatına görə, 51 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında ilk öncə rəqibi qələbə münasibəti ilə təbrik edib:

"O ki qaldı öz oyunumuza, bunun faydası olacaq. Əgər Finlandiya ilə bundan öncəki yoxlama görüşündə məni qane etməyən nəsə vardısa, bu görüşün birinci hissəsində - qol buraxmayana qədər müsbət nələrsə oldu. Digər tərəfdən, mən gərək düzünü deyim. Bu məğlubiyyət bizim hamımız üçün yaxşı bir şillə oldu. Biz hamımız əlimizi alnımıza qoyub düşünməliyik ki, Makedoniya millisinin formasına nə dərəcədə hörmət edirik.

Bu məsələdə əvvəlcə özümdən başlayır, sonra futbolçulara keçirəm. Əgər bütün bunlardan gələcəkdə müsbət nəsə olacaqsa, yaxşı ki, bu şillə bizə indi dəydi. Futbol planı baxımından mən hazır olacacağımıza şübhə etmirəm. Amma biz hər oyun öncəsi fikirləşməliyik ki, zəif rəqib və futbolda improvizasiya olmur. Hər şeydən əvvəl biz özümüzə hörmətlə yanaşmalı, Makedoniya millisinə verəcəyimiz fayda haqda fikirləşməliyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31