3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Rusiya millisinin Azərbaycan millisi ilə qarşılaşması maraqlı olar"

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya millisinin FİFA tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılması haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis açıqlamasında hazırkı durumda yığmanın yoldaşlıq oyunlarından yararlanmalı olduğunu deyib:

“Vəziyyət çox çətindir. Komanda rəsmi oyunlar keçirə bilmir, turnirlərdə oynamır. Yığmanın yoldaşlıq oyunları keçirmək imkanı var. Bundan istifadə etmək lazımdır. Vəziyyət nə olursa olsun, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq".

M.Musayev qeyd edib ki, Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq görüşü maraqlı olar: "Çox istərdim ki, belə bir qarşılaşma baş tutsun. Maraqlı oyun olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur. Ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var. Belə bir qarşılaşma marağın artmasına səbəb olardı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31