3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

De Byazi: “Azərbaycan üçün tarixi nəticədir”

“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şimali Makedoniya ilə oyundan (3:1) sonra milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, komandası qapısında qol gördükdən sonra toparlanmağı bacarıb: “Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu. Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31