3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

De Byazi: “Xarakter göstərsək, bunu bacararıq”

“Şimali Makedoniya millisi yaxşı komandadır. Yaxşı keyfiyyətli futbolçuları var. Əksər oyunçuları Avropada oynayır. İtaliya ilə matçlarını futbolçularımıza göstərdim. Düşünürəm ki, qələbə seriyasını davam etdirə bilərik. Bir az bəxt olsa, bir az da xarakter göstərsək, bunu bacararıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqib komanda haqqında fikirlərini bölüşüb: "Futbolçularla söhbət zamanı nə etməli olduğumuzu bildirirəm. Moldova milli komandasına qarşı keçirdiyimiz son oyunda rəqib qapısına 18 zərbə endirdik. Oyunu daha tez yekunlaşdırmalı idik. Mahir Emreli qol imkanından maksimum yararlanıb hesabı 3:0 etməli idi. Son dəqiqələrdə geri çəkildik və qapımızda qol gördük. İlk növbədə bu baxımdan inkişaf etməliyik.

Bu qarşılaşmalar seçmə mərhələ oyunlarına hazırlıq baxımından çox vacibdir. Qrupumuz çox çətindir. Martda güclü komandalara qarşı oyunlarımız olacaq. Həyatda heç vaxt heç nəyi bilmək olmaz. Təbii ki, ardıcıl qələbələr qazanmağımız futbolçuların özlərinə olan inamı daha da artırır. Futbolçularla söhbət zamanı bildirmişəm ki, yüksək keyfiyyətləri var. Buna əmin olmalıdırlar və bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər. Sabah ağıllı oyuna üstünlük verməliyik. Asan olmayacaq. İtirəcək bir şeyimiz yoxdur. Sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31