3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Sergey Kleşenko: “Azərbaycan millisi layiqli qələbə qazandı”

Birinci hissədə oyunumuz alınmadı. Daim yubanırdıq və əksər təkbətək mübarizələrdən məğlub ayrılırdıq. Fasilədən sonra oyunun gedişatı bir qədər dəyişdi. İkinci hissədən daha çox razı qala bilərik. Amma matç bir yox, iki hissədən ibarətdir. Təəssüf ki, Azərbaycan millisi layiqli qələbə qazandı.

Futbolxeber.az saytının moldfootball.com-a istinadən verdiyi məlumata görə, bu sözləri Moldova millisinin baş məşqçisi Sergey Kleşenko yığmamıza 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 

O, millimizlə matçda bəzi gənclərə şans verdiyini bildirib: “Mən özümə və komandama qarşı çox tələbkaram. Hər zaman daha nəyin üzərində çalışa biləcəyimizlə bağlı axtarışdayıq. Azərbaycanla oyunda bəzi gənc futbolçulara şans verdik. Gələcəkdə ümid edə biləcəyimiz oyunçuların olması sevindirici haldır. Amma gənclərin işi hələlik çətindir. Azərbaycanla matçda bu məqam özünü büruzə verirdi”.

Kleşenko millimizin də heyətində ikinci hissədə gənclərin meydana çıxdığını vurğulayıb: “Gəlin obyektiv olaq - Azərbaycan millisinin heyətində də ikinci hissədə gənclər meydana çıxdı. Hansılar ki, özlərini göstərməliydilər. İkinci hissədə oyunumuzun alındığını görürdük, sürəti artırdıq və futbolçular arasında anlaşma daha da yaxşı idi. 

Azarkeşlərə də təşəkkür etmək istəyirəm. Ötən oyunda olduğu kimi, bu matçda da onların dəstəyini hiss etdik. Fanatlar komandadan pozitiv nəticə, ən pis halda bir qol gözləyirdilər. Yəqin ki, onlar evə yollanarkən stadiona əbəs yerə gəlmədiklərini düşünüblər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31