3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Canni de Byazi qələbəni şərh etdi: “Belə davam etməliyik”

“Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq. Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər”.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi Moldovaya qarşı keçirilən yoxlama oyunundan sonra deyib. 

İtaliyalı mütəxəssis komandasının 2:1 hesablı qələbəsini belə şərh edib: “İlk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. 90 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Şahrudin çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik”.

De Byazi millimizin növbəti oyununa da toxunub: “Növbəti oyunda Şimali Makedoniya milli komandası ilə qarşılaşacağıq. Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlarla qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31