2 May 2024, Cümə axşamı
Millimiz Belarusa məğlub oldu
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu

Ölkə futbolu

“Sumqayıt”ın kapitanı üçün yubiley

Azərbaycan Premyer Liqasının XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.

“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.

2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçudur. Vurğun ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31