3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurban Qurbanov: “Qol, yaxud qollar olsaydı, daha maraqlı olardı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah”a qarşı keçirilən oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qolsuz yekunlaşan görüşü belə şərh edib:

“Hər iki komandanın futbolçularını təbrik edirəm. Çox baxımlı, dinamik oyun oldu. Sadəcə qol çatışmadı. Qol, yaxud qollar olsaydı, daha maraqlı olardı. Ümumi götürdüüdə, oyundan razı qaldım. Bu cür matçlar futbolçuların inkişafı üçün təkandı. Oyunçularımın xarakterindən razı qaldım. Son qədər mübarizə apardılar. Bu məqam mənim üçün çox önəmli idi”.

- İlk dəfə idi ki, xüsusən də birinci hissədə “Qarabağ”ı topsuz görürdük. Sona yaxın isə komandanız meydanda üstün idi. Ümumilikdə qələbə üçün nə çatışmadı?

- Ümumən hər bir futbolçu mövsüm boyu eyni cür oyun göstərə bilməz. Hardasa axsamalar olmalıdır. Qarşımızda bacarıqlı kollektiv var idi. Həm fərdi, həm də oyun planında çox yaxşı formalaşmış rəqibəm qarşı mübarizə apardıq. İlk dəqiqələrdən rəqib çox istəkli, daha aqressiv idi. Hücuma sürətli çıxırdılar. Buna görə də istədiyimiz kimi topu əldə edə bilmirdik. Bu cür oyunlara hazır olmalıyıq. Bu matçın bizə çox faydası olacaq.

- Komandanız bu mövsüm ilk dəfə xal itirdi. Maraqlıdır, qələbə seriyası ilə maraqlanırdınız?

- İstəməsəm də, məcburam maraqlanmağa. Bu barədə mətbuatdan oxuyuram. Mənim üçün daha vacib olan hər oyunda qələbə uğrunda mübarizə aparan kollektiv hazırlamaqdı. Daha da uzun seriya ola bilərdi. Hər bir halda çempionluq yolundayıqsa, hər oyunda qələbə üçün mübarizə aparmalıyıq.

- Qarşıdakı Dünya çempionatından gözləntiləriniz nədir?

- Dünya çempionatına barədə geniş dasnışmağa hazır deyiləm. Komandalarla hələ maraqlanmamışam. Ümumən bilirsiniz ki, ispan futboluna üstünlük verirəm. Amma favorit açıqlaya bilməyəcəyəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31