4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

PFL və "Şamaxı" klubu arasında görüş keçirilib

Peşəkar Futbol Liqası və "Şamaxı" klubu arasında görüş keçirilib.

Futbolxeber.az saytının Şamaxı şəhərində baş tutan görüşdə Peşəkar Futbol Liqasını qurumun prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, "Şamaxı" FK-nı isə klubun idarə heyətinin sədri Elçin Usub və baş menecer Kamran İsmayılov təmsil edib.

"Şamaxı" rəsmiləri səfərə görə qonaqlara təşəkkür edərək klubun hazırki durumu, planları barədə məlumat veriblər. Elçin Usub klub olaraq əsas hədəflərinin yerli təcrübəli və eyni zamanda gənc, potensiallı futbolçuların birliyindən mübariz komanda qurmaq olduğunu bildirib. E. Usub həmçinin Vüqar Əsgərli, Cavid Hüseynov kimi gənc, premyer liqa təcrübəsi olmayan mütəxəssislərə güvənməklə onları da Azərbaycan futboluna qazandıracaqlarına ümidini ifadə edib. Uşaq futbolunu da xüsusi diqqətdə saxladıqlarını bildirən rəsmilər ölkə futbolunun əfsanələrindən olan Vəli Qasımovun rəhbərliyi altında hal-hazırda Şamaxıda 4 yaş qrupu üzrə hazırlıq aparıldığını, yaxın gələcəkdə bu sayı artırmağı planlaşdırdıqlarını qeyd edib.

PFL prezidenti Elxan Səmədov isə öz növbəsində klub üçün görülən işlərin gedişatından məmnunluğunu bildirib. Xüsusilə komandanın heyəti üçün yaradılan şəraitin ölkədə ən yaxşılardan olduğunu vurğulayan Səmədov kluba olan dəstəyin və planların böyük ümidlər verdiyini qeyd edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün ardından rəsmilər Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Şamaxı" - "Sumqayıt" matçını izləyiblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31