4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mahmud Qurbanov: “Hücumda heç nə alınmır”

“Məğlub olmağımızın səbəbləri çoxdur. Çalışırıq ki səhvləri aradan qaldıraq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah”a uduzduqları (0:1) oyundan sonra deyib.

Qurbanov “CBC Sport”a açıqlamasında komandasının məğlubiyyətlərinin başlıca səbəbini açıqlayıb: “

“Hücumda heç nə alınmır. Zədəli olan iki aparıcı ön xətt oyunçumuz Ağabala Ramazanov və Ruslan Hüseynovun yerləri görsənir. Son turlar uduzmağımızın ən başlıca səbəbi budur. Onların yoxluğunda xal yığmaq, qalib gəlmək şansımız elə də çox olmur. Amma təslim olmaq fikrində deyilik. Çalışacağıq ki, qarşıdakı oyunlarda problemi həll edək”.

“Səbail”in çalışdırıcısı çempionatda yaranan fasilənin komandasına müsbət təsir edəcəyini bildirib: “İnanıram ki, fasilə xeyrimizə olacaq və növbəti tura qədər zədəlilərimiz sıraya dönəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31