4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Baqa: “Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir”

"Sumqayıt"ın belaruslu sabiq baş məşqçisi Aleksey Baqa "Belarus 5"ə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, sentyabrda istefaya göndərilməsində baxmayaraq, hələ də Bakıda qaldığın deyib:

"Bunun böyük səbəbləri yoxdur. Birincisi, uşaqlar Bakıda məktəbə getdilər: rübün ortasında fasilə vermək istəmirəm. İkincisi, komanda ilə texniki məsələləri həll etmək lazımdır. Televiziyada çoxlu futbol var, üstəlik internetdə nəsə tapa bilərsiniz. Üstəlik, eyni kompleksdə yaşadığımız qonşular arasında da tanışlar var. Bu, "Sabah"ın baş məşqçisi Murad Musayev, Azərbaycan millisinin məşqçisi Canni De Byazi və "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampfdır. Biz tez-tez bir-birimizi görür və danışırıq".

“Sumqayıt” Baqanın məşqçilik karyerasında çalışdırdığı üçüncü xarici klub olub. Bundan əvvəl o, "Jalqiris" (Litva) və "Aktobe"nin (Qazaxıstan) baş məşqçisi vəzifəsində çalışıb. Belaruslu mütəxəssis bu 3 klubun ölkələrindəki futbolu müqayisə edib:

"Azərbaycan çempionatı əcnəbi futbolçuların dəvət olunması baxımından bir-iki addım öndədir. Oradakı futbolçular Braziliyadan, Portuqaliyadan, Almaniyadan, İspaniyadan əla keçmişə malikdirlər. Ona görə də “Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir. Görünüş və strateji olaraq, Azərbaycan futbolu bizə nümunə ola bilər. Demək olar ki, bütün komandaların stadionu, infrakstrukturu var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31