9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Turan Tovuz” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” - “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, sabah baş tutacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vüqar Həsənli yerinə yetirəcək.

VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi isə Eyyub İbrahimovdur.

İmanxan Sultani qarşılaşmanın hakim-inspektoru, Elgiz Abbasov isə AFFA nümayəndəsi təyin edilib.

Xatırladaq ki, 9 noyabr Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31