9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında XXI əsrin rekordu

“Sabah”ın qapıçısı Yusif İmanov Azərbaycan çempionatında 10-cu quru oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, gənc qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail”lə görüşünə təsadüf edib - 2:0.

Yusif mövsümdəki 13-cü matçında 7-ci dəfə qapısını toxunulmaz saxlayıb. Premyer Liqada ötən çempionat debüt edən İmanov 7 görüşdən üçündə qol buraxmayıb.

O, 20 yaş 40 günlüyündə quru oyunların sayını 10-a çatdırıb. Yusif XXI əsrdə Azərbaycan çempionatlarında 10 matçda qol buraxmayan ən gənc qapıçıdır.

Bu, ümumilikdə yarışın 30 illik tarixində 7-ci nəticədir. Yalnız 6 qapıçı “10”a daha gənc yaşında çatıb ki, bunların hamısı ötən əsrdə qeydə alınıb. Mütləq rekord isə Dmitri Kramarenkoya məxsusdur - 17 yaş 297 günlük (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31