9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Murad Musayev: “Bu qələbə mənim üçün çox dəyərlidi”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail”lə oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:

“Çətin qələbə alındı. Bu gün heyətdə müəyyən dəyişiklik etmişdik. Bəzi aparıcı futbolçular yox idi. Üstəlik, son 3 oyunu iddialı rəqiblərə qarşı keçirmişdik. Şadam ki, komandam bu gün intizamlı çıxış etdi. Bu qələbə mənim üçün çox dəyərlidi”.

- “Neftçi” dünən vacib 2 xal itirdi. Sizcə, çempionluq mübarizəsində 2 komanda qaldı?

- Belə düşünmürəm. Çünki qarşıda hələ çox oyun var. Biz çempionluq barədə yox, növbəti oyun barədə düşünməliyik.

- Mövsümün əvvəlində “ASCO Arena”nın qazonu dəyişdirildi. İndi meydançanın durumunun daha yaxşı olduğunu söyləmək olar?

- Ötən mövsüm qazon bərbad durumda idi. Dəyişiklik olması müsbət haldı. Amma yenə də biz təbii meydançada oynamağa öyrəşmişik. Ona görə də ilk 20 dəqiqədə komandam müəyyən qədər çətinlik çəkdi. Azərbaycan cənub ölkəsidi, buna görə də istərdim ki, bütün stadionların qazonu təbii olsun. Amma hər klub öz büdcəüsinə uyğun addım atır.

- Qarşıda sizi “Qarabağ”la oyun gəlir. Həmin matçdan nə gözləyirsiz?

- “Qarabağ” Avropa səviyyəli komandadı. Böyük oyun olacaq. Həmin gün azarkeşlərin də sayının çox olacağını düşünürəm. Biz özümüzə inanmalıyıq.

- Komandanızın üzvü Boyan Letiç 3 epizodda gənc azərbaycanlı futbolçulara ciddi etiraz bildirdi. Ona belə bir icazə vermisiz?

- Mən futbolçuların azərbaycanlı, yaxud legioner olmasına fərq qoymuram. Futbolçularımı yerli və ya legioner deyə ayınmıram. İndi oyun bitib və futbolçular qələbəyə sevinirlər.

- “Qarabağ”ın “Frayburq”la oyununu sizin klub rəhbərliyi də izləyirdi. Onların sizdən “Qarabağ”la matç barədə xüsusi istəkləri var?

- Xeyr, rəhbərliklə belə bir söhbətimiz olmayıb.

- Deyilənə görə, “Sabah”ın bəzi yerli futbolçuları “Qarabağ”ın maraq dairəsindədi. Bu məqam sizi narahat etmir?

- Bu, sadəcə şayiədi. Ona görə də şərh etmək istəməzdim. Hər hanslı real təklif yoxdu. Elə bir şey olsaydı, klub rəhbərliyi mənə deyərdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31