Ölkə futbolu
Mahmud Qurbanov: "Deyiləsi söz çoxdur, bəhanə axtarmaq fikrimiz isə yoxdur”
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 12-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolxeber.az saytının Sport24.az-a istinadən verdiyi məlumata görə, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna heç də pis başlamamışdıq. Oyunun qırılma nöqtəsi birinci hissənin ortalarında mərkəz müdafiəçimizin düşünülməyən hərəkətindən sonra qapımızda qol gördük. Ardından həmin futbolçu qırmızı vərəqə aldı. “Kəpəz” layiqli qələbə qazandı. Uduzmuşuq, uşaqlara deyiləsi söz çoxdur. Heç bir bəhanə axtarmaq fikrimiz yoxdur”.
- Gəncə sizə heç də yad yer deyil. Premyer Liqa çalışdırıcısı kimi burada oyuna çıxmaq necə hissdir?
- Gəncə mənə doğma şəhərdir. Rəqib qismində də olsa, bura gəlmək çox xoş idi. Gözəl futbol atmosferi var idi. Üzücü məqam məğlub olmağımız oldu. Ancaq yenə də möhtəşəm hissdir.
- Nihad Qurbanlı ilk qolda kobud səhvə yol verdi və qırmızı vərəqə aldı. Onu cəzalandıracaqsınız?
- Cəzalandırmaq asandır. Bizdə cəza metodu var. Mənə maraqlı odur ki, neçə oyundur ki, meydançanı 11 nəfərlə tərk edə bilmirik. Problem budur. Deməzdim ki, futbolçular qəsdən qırmızı vərəqə alırlar. Görünür, aqressiv oyunla kobud oyunu hələ ayıra bilmirlər. Bunları həmişə başa salsaq da, fərqləndirə bilmirlər. Bu qırmızı vərəqələr də oyunumuza təsir edir.
- Aqressiyanın dozası çox olur?
- Aqressivliyi tələb edirik, amma futbolda bunun dozasının aşağı və ya yuxarı olması yoxdur. Topla oynamaq lazımdır. Axırıncı foul kimi rəqibi yıxmaq Nihadın təcrübəsizliyindən qaynaqlandı.
- Nəticələriniz qənaətbəxş olmasa da, fəaliyyətinizi davam etdirirsiniz. Rəhbərliyin sizə qarşı inamının azldığını hiss etmirsiniz?
- Rəhbərliyin etimadını həmişə hiss edirik. Hərdən elə qələmə verirlər ki, sanki komanda çoxdandır bir yerdədir. Həm yerli, həm əcnəbi futbolçular, həm də mən özüm yeniyəm. Komanda yeni formalaşır. Rəhbərliyin dəstəyini hiss edirik və işimizi davam etdiririk. Mövsümün sonunda nəticəyə uyğun baxarıq. Amma sona qədər mübarizəni davam etdirəcəyik.
- Qarşıdakı matçların nəticələri ilə bağlı rəhbərlik sizə ultimatum verməyib?
- Xeyr, rəhbərlik tərəfindən heç bir xəbərdarlıq edilməyib. Bu o deməkdir ki, bizə etimadları var. Bu güvəni də doğrultmaq istəyirik.
- İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər zamana ehtiyacınız var?
- Müddəti demək çətindir. Futbolçulardan istəyimiz, bəlkə də, çoxdur. Hər halda düzəltməyə çalışacağıq. Uduzmağı xoşlamıram. Komandamızın yaxşı yerlərdə olmasını istəyirik.
- Emil Martinovla digər legionerlərin oyuna yanaşması, istəyi tam fərqli görünürdü. Bunu siz də hiss edirdiniz?
- Deməzdim ki, digər legionerlər həvəssiz idi. Oyuna yaxşı başlamışdıq. Kobud səhvdən buraxılan qol, ardından qırmızı vərəqə planlarımızı pozdu.
- Ruslan Hacıyev yenidən meydana çıxdı və yenə zədələndi. Onun problemi nədir?
- Fikir verirsinizsə, bəzi matçlarda futbolçuları öz mövqelərində oynatmırıq. Ağabala Ramazanov da zədəlidir. Onları əvəz edəcək oyunçu yoxdur. Ruslanı məcburiyyətdən meydana buraxdıq ki, hücumu gücləndirək. Amma yenə də ağrıları var. Çalışacağıq ki, tam sağaldaq, sonra oyuna buraxaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb