27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Belə məğlubiyyətlər olacaq"

"Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, bizi sona qədər dəstəklədilər. Çünki buna ehtiyacımız var. Doğrudur, xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəsssüf ki, iki səhv futbolçulara psixoloji tərəfdən təsir etdi. İkinci yarının ilk dəqiqələrində qol buraxmağımız bütün planlarımızı pozdu. Sistemdə də dəyişiklik etdik, hücumameyilli futbolçuları meydana buraxdıq, şanslarımızı axtardıq. Amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 8-ci turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

"Belə məğlubiyyətlər olacaq. Yeni komandayıq, inanıram ki, oyundan-oyuna artıracağıq. Çünki oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq çətindir. Amma inkişaf etmək istəyiriksə, bu cür oyunlardan keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çünki çətin qrafikimiz var. Beş oyun oynayacağıq, ikisi səfərdədir, biri evdə. Çalışacağıq ki, həmin oyunlarda xal qazanaq”, - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30